Səhiyyə Nazirliyi Bakıda bir aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi Bakıda bir aptekin fəaliyyətini dayandırıb "Murad Farm" MMC-də bir sıra nöqsanlar aşkarlanıb
Sağlamlıq
23 Yanvar , 2015 18:28
Səhiyyə Nazirliyi Bakıda bir aptekin fəaliyyətini dayandırıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, 2944A saylı məhəllə ünvanında fəaliyyət göstərən "Murad Farm" MMC-yə məxsus (lisenziya nömrəsi 026288, qeydiyyat nömrəsi 1612, verilmə tarixi 06.01.2011) aptek təşkilatında yoxlama keçirilib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Keçirilən yoxlama zamanı aptekdə satışı aparılan və Azərbaycanda dövlət qeydiyyatına alınmayan 46 adda dərman preparatı aşkarlanaraq müsadirə edilib. Həmçinin yoxlama zamanı aptekdə reseptlə satılmalı olan psixotrop dərman vasitələrinin reseptsiz satışının aparılması və xüsusi saxlama rejimi tələb olunan termoləbil dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmaması faktları da müəyyən edilib.

Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılması faktına görə "Murad Farm" MMC-yə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq protokol tərtib olunub.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən "Murad Farm" MMC-yə pərakəndə satış əczaçılıq fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) fəaliyyəti dayandırılıb.

Son xəbərlər

Orphus sistemi