Yuxarı
    Bağlamaq

    Bakıda uçqun nəticəsində xəsarət alan şəxslərin adları açıqlanıb - YENİLƏNİB - SİYAHI

    Hadisə yerində olan şəxslərdən 2-si ölüb© Report.az

    Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alaraq xəstəxanalara yerləşdirilən şəxslərin adları məlum olub.

    "Report"un xəbərinə görə, 1981-ci il təvəllüdlü Tofiq Hüseynov sol bud sümüyünün yuxarı hissəsinin qəlpəli sınığı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

    1983-cü il təvəllüdlü Ayaz Orucov sağ baldırın sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. O, artıq ambulator müalicə üçün evə buraxılıb. 1962-ci il təvəllüdlü Əmir Mehdiyev sol bud sümüyünün sınığı ilə KTM-in reanimasiya şöbəsinə yerləşdirilib.

    Qeyd edək ki, hadisə "Green City" yaşayış-istirahət kompleksinin həyətində qeydə alınıb. Burada tikilməkdə olan iaşə obyekti uçub. Nəticədə orada işləyən şəxslərdən azı 2 nəfəri ölüb, 4 nəfəri xəsarət alıb. Yaralılardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər isə xəstəxanalara yerləşdirilib.

    *** saat 16:56

    Bakı. 12 aprel. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Şıx qəsəbəsində baş verən uçqun nəticəsində xəsarət alan üç nəfər xəstəxanalara yerləşdirilib.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yaralıların üçü də kişidir: “Onlardan ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə, digəri isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb. Yaralılardan ikisinə müştərək travma, birinə isə ətrafın travması diaqnozu qoyulub”.

    Nazirlikdən o da qeyd olunub ki, hadisə yerində 6 nəfər olub: “Onlardan 1 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi