Səhiyyə Nazirliyi Abşeron xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb

Səhiyyə Nazirliyi Abşeron xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb Bakı. 20 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb.
Sağlamlıq
20 Noyabr , 2017 12:24
Səhiyyə Nazirliyi Abşeron xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı baş vermiş ölümün səbəbini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Masazır qəsəbə sakini 22 yaşlı Aytac Tapdıqova xəstəxanaya gətirilərkən 8 aylıq hamilə olub: “O, xəstəxanaya güclü qanaxma ilə daxil olub. Döl ölü olub. Hazırda Aytac Tapdıqovanın vəziyyəti ağırdır, süni ventilyasiya aparatındadır”.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova isə “Report”a açıqlamasında bildirib ki, ciftin 3-də iki hissəsi cırıldığı üçün döl daxildə ölüb: “Aytac Tapdıqova ciftin vaxtından əvvəl ayrılması nəticəsində ölü döl və ağır formalı qanaxma ilə xəstəxanaya daxil olub. Həkimlər ilkin yardım göstəriblər və hazırda da bu proses davam edir. O, qadın məsləhətxanasının qeydiyyatında olub”.

Son xəbərlər

Orphus sistemi