​Səhiyyə naziri “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb

​Səhiyyə naziri “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb Əmrdə immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır
Sağlamlıq
22 Aprel , 2016 10:46
​Səhiyyə naziri “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb

Bakı. 22 aprel. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev “Respublikada İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” əmr imzalayıb.

Bu barədə "Report"a Səhiyyə Nazirliyi mətbuat xidmətindən bildirilib.

Məlumata görə, əmrdə 2016-cı ilin aprel ayının 25-30-da Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi, Respublikanın tibb idarə və müəssisələrinin rəhbərlərinə hər hansı səbəblərə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb olunmasının təminatı tapşırılır. Eyni zamanda, “İmmunlaşdırma həftəsi”nin nəticələri haqqında məlumatların mayın 20-də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə təqdim edilməsi, cari ilin aprel ayında Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiyasına həsr olunmuş konfransın keçirilməsi , “İmmunlaşdırma həftəsi”nin yekun nəticələri haqqında məlumatların mayın 27-dək Səhiyyə Nazirliyinə təqdim edilməsi tapşırıqları verilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən başlayaraq Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir və Azərbaycan Səhiyyə Nazirliyi 2007-ci ildən bu tədbirə qoşulur.

Son xəbərlər

Orphus sistemi