Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək Qəbul Göygöl Mərkəzi Rayon Xəstəxanasında olacaq
Sağlamlıq
9 Mart , 2016 16:13
Səhiyyə naziri Oqtay Şirəliyev Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 9 mart. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah saat 12:00-da Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazir Göygöl, Gəncə, Daşkəsən, Şəmkir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Göygöl Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi