Yuxarı

Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

Qəbul Gədəbəy Mərkəzi rayon Xəstəxanasında olacaq

Bakı. 30 iyun. REPORT.AZ/ Səhiyyə Naziri Oqtay Şirəliyev iyulun 2-də Gədəbəy Mərkəzi rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək. 

"Report" xəbər verir ki, nazir Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Nazir qəbulda habelə sakinlərin müraciətlərini, şikayət, təklif və fikirlərini dinləyəcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Gədəbəy Mərkəzi rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi