Səhiyyə naziri: “Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb”

Səhiyyə naziri: “Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb” Oqtay Şirəliyev: “İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır”
Sağlamlıq
30 Dekabr , 2016 17:47
Səhiyyə naziri: “Bu il Azərbaycanda 18 nəfərə qaraciyər köçürülüb”

Bakı. 30 dekabr. REPORT.AZ/ “İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər, 63 nəfərə böyrək köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb”.

“Report”un məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

O bildirib ki, 42 sümük iliyi transplantasiyası icra edilib: “İnsanların səhiyyə xidmətlərindən razılığı ildən-ilə artır. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq, əgər əvvəllər bölgələrdə baş tutan qəbullara gələnlərin sayı 50-60 vətəndaş olurdusa, artıq bu rəqəm dəfələrlə aşağı düşüb. Bu da vətəndaşların razılığının nəticəsidir”.

Son xəbərlər

Orphus sistemi