Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək Qəbulda Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayon sakinləri iştirak edəcək
Sağlamlıq
14 Oktyabr , 2015 11:51
Səhiyyə naziri Bərdədə vətəndaşları qəbul edəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş oktyabrın 15-də saat 13:00-da Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçiriləcək. Qəbulda Bərdə, Tərtər, Ağdam, Yevlax və Goranboy rayon sakinləri iştirak edəcək: "Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri dinləniləcək və lazımi tədbirlər görüləcək".

Nazirin qəbuluna düşmək istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi