Yuxarı

"Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna dəyişiklik olunub

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

Bakı. 17 may. REPORT.AZ/ "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanuna təklif olunan dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, qanuna təklif olunan əlavəyə əsasən, dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi hallarının əhatəsi artırılır. Belə ki, şikayət verildiyi hallarda, barəsində şikayət olunan hərəkətin dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi