Yuxarı

Salyanda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib

Hazırda körpənin meyiti Salyana gətirilir

Bakı. 30 iyun. REPORT.AZ/ Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.

Bu barədə "Report"un Aran bürosunun müxbirinə ölən körpələrin doğmaları məlumat veriblər. 

Yaxınlarının bildirdiyinə görə, hazırda ölən körpənin meyiti Salyana gətirilir. 

Qeyd edək ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Sağ qalan körpə Bakıdakı Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi