Səhiyyə Nazirliyi: Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 1 uşaq ölüb, 7 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi: Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 1 uşaq ölüb, 7 nəfər xəsarət alıb Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.
Sağlamlıq
6 May , 2019 09:59
Səhiyyə Nazirliyi: Salyanda mikroavtobusun qəzaya düşməsi nəticəsində 1 uşaq ölüb, 7 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi Salyanda mikroavtobusun qəzaya düşməsi ilə bağlı ilkin məlumat yayıb.

Nazirlikdən “Report”a verilən məlumata görə, hadisə zamanı 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib.

Qeyd olunub ki, 1-i sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib: “Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir”.

Son xəbərlər

Orphus sistemi