Yuxarı
    Bağlamaq

    ​Salyanda 206 nəfərdə xəstəlik aşkar olunub - FOTO

    Onlardan 196 nəfər ambulator, 8 nəfər stasioanar müalicəyə cəlb olunub, 2 nəfər isə Bakıya göndərilib

    Bakı. 15 fevral. REPORT. AZ / Salyan rayonunda əhalinin tibbi profilaktik müayinədən keçməsi aksiyasına başlanılıb. "Report" xəbər verir ki, rayonda 133 mindən artıq əhali yaşayır və bunlardan 72 min nəfəri 18 yaşından yuxarı olan vətəndaşlardır. Əhalinin bu kütləsinə daxil olan vətəndaşların tibbi profilaktik müayinədən keçirilməsi nəzərdə tutulub. Bunun üçün Rayon mərkəzi poliklinikasında 4 briqadadan ibarət həkim komissiyası yaradılıb. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və bu kimi xəstəliklər müayinə edilir.

    Əhali həkimlər tərəfindən tibbi profilaktik müayinə olunmaqla bərabər yardımçı tibbi müayinə metodlarından da keçirilir.

    Humanitar aksiya zamanı 715 nəfər müayinədən keçib. Xəstəlikləri aşkarlanan 196 nəfər ambulator, 8 nəfər stasioanar müalicəyə cəlb olunub, 2 nəfər isə Bakıya göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi