Yuxarı

​Rusiyanın baş onkoloquna Azərbaycan Tibb Universitetinin “fəxri doktoru” adı verilib

Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu deyib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Rusiya Tibb Elmləri Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, N.N.Bloxin adına Rusiya Elmi-Tədqiqat Onkoloji Mərkəzinin direktoru Mixail İvanoviç Davıdovla görüş keçirilib. Bu barədə “Report”a ATU-nun mətbuat xidmətindən bildirilib.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov M.Davıdovun azərbaycanlı mütəxəssislərin yetişdirilməsində də böyük əməyi olduğunu xüsusilə vurğulayıb.

Daha sonra akademik Əhliman Əmiraslanov rusiyalı həmkarına Azərbaycan Tibb Universitetinin “Fəxri doktoru” diplomunu təqdim edib.

Bu yüksək ada layiq görüldüyünə görə ATU-nun rəhbərliyinə minnətdarlığını bildirən M.Davıdov rəhbərlik etdiyi mərkəzdə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin təkcə Rusiyada deyil, MDB məkanında və dünyada məşhur mütəxəssislər olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi