Rezidentlərin 2015/2016-ci tədris ilində xaricdə rotasiyasi ilə bağlı müsabiqə elan edilib

Rezidentlərin 2015/2016-ci tədris ilində xaricdə rotasiyasi ilə bağlı müsabiqə elan edilib Müsabiqədə hazırda ixtisas üzrə rezidenturanın sonuncu təhsil ilində təhsil alanlar və səlis xarici dil bilgisi olanlar iştirak edə bilərlər
Sağlamlıq
21 Yanvar , 2016 13:50
Rezidentlərin 2015/2016-ci tədris ilində xaricdə rotasiyasi ilə bağlı müsabiqə elan edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Səhiyyə Nazirliyi rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan rezidentlərin ixtisas üzrə təhsil proqramına uyğun hər hansı rotasiyanı 2015/2016-cı tədris ilində xarici ölkələrin aparıcı tədris klinikalarında keçməsi üçün müsabiqə elan edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin rəsmi səhifəsində elan verilib.

Müsabiqədə hazırda ixtisas üzrə rezidenturanın sonuncu təhsil ilində təhsil alanlar və səlis xarici dil (türk, ingilis və ya alman) bilgisi olan rezidentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən rezidentlər aşağıdakı sənədləri fevralın 15-nə kimi saat 15:00-dan 17.00-dək Səhiyyə Nazirliyində Elektron Səhiyyə xidmətində (Akad. M.Mirqasımov küç. 1A, Elektron Səhiyyə) təqdim etməlidirlər:

1. Ərizə (ərizə nümunəsi verilir);

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. Xarici pasportun surəti;

4. Rezidentura təhsili aldığı tibb müəssisəsindən xasiyyətnamə;

5. Xarici dil səviyyəsi barədə sənəd.

Sənədlərini təqdim edən, müsabiqə şərtlərinə uyğun gələn rezidentlər müsahibə üçün Səhiyyə Nazirliyinə dəvət olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi