Yuxarı
    Bağlamaq

    Respublikanın baş cərrahı: “Səhv olduğu deyilən əməliyyatla bağlı ekspertiza rəyi iyunun 27-də məlum olacaq”

    Mərkəzin direktoru: “Amputasiya olunan ayağa dərhal müdaxilə olunması vacib idi”

    Bakı. 24 iyun. REPORT.AZ/ “87 yaşlı xəstə Tərlan Əliyeva uzun illər hər iki ayaqdan dizaltı arterialarının kəskin stenozu, baldır arteriaların okkluzisiya (tutulma) diabetik qanqrena diaqnozu ilə qeydiyyatdadır. Xəstəni müalicə edən həkimin sözlərinə, amputasiya olunan ayağa dərhal müdaxilə olunması vacib idi”.

    “Report”un xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski deyib. 

    Respublikanın baş cərrahı Hacıqulu Bağırov isə hadisə barədə məlumat alan kimi dərhal xəstəxanaya gəldiyini qeyd edib: “Nəticələr araşdırmalar yekunlaşdıqdan sonra açıqlanacaq. Ekspertizanın rəyi də gələn həftənin birinci günü (iyunu 27-də) məlum olacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi