Respublikanın baş cərrahı: “Səhv olduğu deyilən əməliyyatla bağlı ekspertiza rəyi iyunun 27-də məlum olacaq”

Respublikanın baş cərrahı: “Səhv olduğu deyilən əməliyyatla bağlı ekspertiza rəyi iyunun 27-də məlum olacaq” Mərkəzin direktoru: “Amputasiya olunan ayağa dərhal müdaxilə olunması vacib idi”
Sağlamlıq
24 İyun , 2016 17:29
Respublikanın baş cərrahı: “Səhv olduğu deyilən əməliyyatla bağlı ekspertiza rəyi iyunun 27-də məlum olacaq”

Bakı. 24 iyun. REPORT.AZ/ “87 yaşlı xəstə Tərlan Əliyeva uzun illər hər iki ayaqdan dizaltı arterialarının kəskin stenozu, baldır arteriaların okkluzisiya (tutulma) diabetik qanqrena diaqnozu ilə qeydiyyatdadır. Xəstəni müalicə edən həkimin sözlərinə, amputasiya olunan ayağa dərhal müdaxilə olunması vacib idi”.

“Report”un xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski deyib. 

Respublikanın baş cərrahı Hacıqulu Bağırov isə hadisə barədə məlumat alan kimi dərhal xəstəxanaya gəldiyini qeyd edib: “Nəticələr araşdırmalar yekunlaşdıqdan sonra açıqlanacaq. Ekspertizanın rəyi də gələn həftənin birinci günü (iyunu 27-də) məlum olacaq”.

Son xəbərlər

Orphus sistemi