Respublika Klinik Xəstəxanasının I korpusu istifadəyə verilib

Respublika Klinik Xəstəxanasının I korpusu istifadəyə verilib Şöbələr üzrə 200 çarpayısı olan korpus yüksək keyfiyyətli avadanlıqla təchiz olunub
Sağlamlıq
28 Dekabr , 2015 12:06
Respublika Klinik Xəstəxanasının I korpusu istifadəyə verilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxananın I korpusunun açılış mərasimi keçirilib. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, əsaslı təmirdən sonra xəstəxananın Patoloji-hamiləlik, I qəbul, məsləhət poliklinikası, II sinir xəstəlikləri, nefrologiya, qastroenterologiya, allerqologiya və reanimasiya - intensiv terapiya şöbələri istifadəyə verilib.

Məlumata görə, ümumilikdə şöbələr üzrə 200 çarpayısı olan korpus yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da mövcuddur.

Nazirlikdən bildirilib ki, şöbələr üzrə diaqnostik avadanlıqlar, mebeller və inventarlarla təmin edilən korpusa ektroensefaloqraf "Neyron-Spektr-3", əlil arabaları, video qastro dayaq dəsti, Almaniya istehsalı olan oftalmoskop, otoskop, lor baxış alət dəsti ENES, Lor kombayn, aspirator, irrigator və kompressor, video endoskop və işıq qaynağı, endoskop üçün monitor, alət və dərman yerləşdirmək üçün masa, tam elektron idarəetmə, lOR kreslonun mərkəzdən idarəetmə imkanı, rentgen filmləri aşkarlamaq üçün avtomatik prosessor, qurutma sistemi ilə, qrafik və skopiyalı yüksək tezlikli rentgen qurğusu, flexavision FD, 80 kv generator, 400 Khu rentgen şüalandırıcı, rəqəmsal CCD kamera, ən son tələblərə cavab verən USM cihazları, universal ginekoloji doğuş kresloları, hidravlik tənzimlənən, ginekoloji, uroloji, abdominal əməliyyatlar üçün əməliyyat masaları, anesteziya və süni tənəffüs cihazları, xəstənin həyat fəaliyyətini müşahidə etmək üçün monitorlar, ginekoloji kreslolar, yenidoğulmuşun intensiv terapiyası üçün neonatal inkubator, yenidoğulmuşlar üçün CPAP, avtomatik hava və oksigen dozatoru, larinqoskop pediatrik, yenidoğulmuşlar üçün stasionar küvez , KTQ aparatı, qızdırıcısı olan reanimasiya masası və. s. ən son texnoloji avadanlıqlarla təchiz olunub.

Son xəbərlər

Orphus sistemi