Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib

Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib Qrupun növbəti toplantısının sentyabrda keçirilməsi nəzərdə tutulub
Sağlamlıq
18 Avqust , 2016 10:58
Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanda Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Litva Sağlamlıq Elmlər Universitetinin Mamalıq və Ginekologiya şöbəsinin müdiri Ruta Nadisaukiene, Litvanın Cinsi və Reproduktiv Sağlamlıq üzrə Proqram meneceri, beynəlxalq ekspert Gunta Lazdane iştirak edib.

Görüşdə həmçinin ETMGİ elmi işçiləri, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı təmsilçisi, UNFPA, İSİM, Dünya Bankının aparıcı əməkdaşları iştirak ediblər.

Tədbir zamanı Reproduktiv Sağlamlığa dair Milli Strategiya 2008-2015 illər zamanı qoyulan məqsədlər və aparılan tədbirlər, alınan nəticələr müzakirə olunub. Eyni zamanda, alınan nəticələrə əsasən növbəti 2017-2025 illər üçün qarşıya qoyulacaq vəzifələr barədə ətraflı danışılıb.

Milli işçi qrupun növbəti toplantısının sentyabrda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Reproduktiv Sağlamlığa dair Milli Strategiyanın əsas istiqamətləri ana və uşaq sağlamlığı, ailənin, cinsi yolla yayılan infeksiyalar (o cümlədən, uşaqlıq boynu xərçəngi) İİV/ QİÇS, yeniyetmələrin reproduktiv sağlamlığı, gender zorakırlığı və cinsi istismara qarşı mübarizədir. Bu istiqamətlər ətrafında aparılacaq fəaliyyət planın tərtibi növbəti görüşlərdə müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi