Yuxarı
    Bağlamaq

    Quş qripi tәhlükәsi davam edir

    Yaponiyada daha bir fermada H5 virusu aşkarlanıb

    Bakı. 30 dekabr. REPORT.AZ/ Yaponiyada daha bir fermada H5 virusu ("quş qripi") aşkarlanıb.

    "Report" TRT-yə istinadla xəbər verir ki, bu ölkənin cənub-qərbində Yamaguçi şəhərindəki bir fermada toyuqların kütləvi şəkildə tәlәf olmasının səbəblərini araşdıran mütəxəssislər ölü quşların ətində H5 virusu aşkarlayıblar.Nəticədə rәsmilәr daha 37 min toyuğun tələf edilməsi təlimatını veriblәr.

    Qeyd edək ki, ötən günlərdə Miyazaki şəhərində də 42 min toyuq eyni səbələ tələf edilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi