Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayrılıb

Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sağlamlıq
14 Mart , 2018 18:00
Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 7,55 milyon manat ayrılıb

Bakı. 14 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi