Quba Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB

Quba Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Sağlamlıq
12 Noyabr , 2019 13:45
Quba Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 10:41

Quba Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortaya keçidlə bağlı hazırlıq işləri davam etdirilir.

Bu barədə xəstəxananın baş direktorunun müavini Əmir Əliyev "Report"un Şimal bürosuna açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının icrası ilə əlaqədar işlər Qubada uğurla davam etdirilir.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə keçəcək xəstəxana müasir tibbi avadanlıqla təchiz olunub, tibbi personala kurslar keçirilərək maarifləndirmə işləri aparılıb.

Vətəndaşların müraciətləri zamanı rahatlığı nəzərə alaraq, məlumat və qeydiyyat bölməsi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi