Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub

Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasına baxış keçirib.
Sağlamlıq
14 May , 2018 16:00
Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasına baxış keçirib. 

Agentliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sədr Mərkəzin fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub.

Aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün vahid elektron bazanın yaradılmnasının vacibliyini vurğulayan Q.Təhməzli gələcəkdə bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən bəhs edib. Agentliyin sədri həmçinin iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Son xəbərlər

Orphus sistemi