Qoşqar Təhməzli: "Halal standartın olması təhlükəsizlik göstəricisi deyil"

Qoşqar Təhməzli: "Halal standartın olması təhlükəsizlik göstəricisi deyil" "Agentliyimiz halallıq sertifikatını vermək hüququna malik deyil"
Sağlamlıq
14 Mart , 2018 12:08
Qoşqar Təhməzli: Halal standartın olması təhlükəsizlik göstəricisi deyil
"Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli / Report/ Elchin Murad

Bakı. 14 mart. REPORT.AZ/ "Halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil". 

"Report"un məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəzi qida məhsullarına halallıq sertifikatlarının verilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür fikirlər sahibkarlar və əhali arasında yanlış təəssürat yaradır: "Halallıq göstəricisinin alınması könüllülük əsasında formalaşır. Hansısa bir sahibkar istənilən quruma müraciət edərək halal sertifikatını almaqla məhsullar istehsal edə bilər. Agentliyimiz halallıq sertifikatını vermək hüququna malik deyil". 

Son xəbərlər

Orphus sistemi