Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib

Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib.
Sağlamlıq
20 Avqust , 2018 15:16
Qida Təhlükəsizliyi İnstitutunda növbəti təlim keçirilib
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fındıq məhsulundan nümunə götürülməsi qaydaları ilə bağlı təlim keçirilib. 

AQTA-dan "Report"a verilən məlumata görə, təlimdə bu sahədə qabaqcıl ölkələrin təcrübəsindən danışılıb, yeniliklər təlim iştirakçılarının diqqətinə çatdırılıb.

Təlim çərçivəsində ekspertlərin çıxışları dinlənilib, fındıqdan nümunə götürülərkən istifadə olunan alətlər əyani vəsait kimi nümayiş etdirilib. Daha sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təlim bitdikdən sonra qida təhlukəsizliyi sahəsində fəaliyyət göstərən müfəttişlərin biliklərinin yoxlanılması məqsədilə test-sınaq imtahanları keçirilib.

Son xəbərlər

Orphus sistemi