Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalçıları ilə görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalçıları ilə görüş keçirilib Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Sağlamlıq
10 Avqust , 2018 19:42
Qida Təhlükəsizliyi Agentliyində fındıq istehsalçıları ilə görüş keçirilib

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

AQTA-dan "Report"a verilən məlumata görə, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA-nın sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün Agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb. AQTA-nın qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara kömək göstərilməsi işinin bundan sonra da davam etdirəcəyi bildirilib.

Son xəbərlər

Orphus sistemi