Qida Təhlükəsizliyi Agentliyi qida zənciri subyektlərində monitorinq və audit aparacaq

Qida Təhlükəsizliyi Agentliyi qida zənciri subyektlərində monitorinq və audit aparacaq Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək.
Sağlamlıq
18 May , 2018 11:46
Qida Təhlükəsizliyi Agentliyi qida zənciri subyektlərində monitorinq və audit aparacaq
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycanda qida zəncirinin bütün proseslərində iştirak edən sahibkarlıq subyektlərində müvafiq monitorinq və audit işləri həyata keçiriləcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bunu agentliyin Təftiş və dövlət nəzarəti şöbəsi həyata keçirəcək: "Həmin şöbənin auditorları və ekspertləri tərəfindən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində yoxlamalar olacaq".

Q.Təhməzli qeyd edib ki, bu təftiş və yoxlamalar heç də sahibkarların fəaliyyətinə maneçilik törətmək məqsədi ilə aparılmayacaq: "Sadəcə, agentliyin məqsədi ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə lazımi yardım və dəstək göstərilsin. Onlar beynəlxalq standartlara uyğun məhsullar istehsal etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdikləri qida zəncirində beynəlxalq norma və qaydalara əməl edə bilsinlər ki, Azərbaycan əhalisinin sağlamlığı təhlükə qarşısında qalmasın". 

Son xəbərlər

Orphus sistemi