Qida Təhlükəsizliyi Agentliyi diri quş satışının qadağan edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qida Təhlükəsizliyi Agentliyi diri quş satışının qadağan edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər bir sıra kütləvi informasiya vasitələrində Agentliyin ölkəyə quş əti və yumurtanın idxal olunmasını, eyni zamanda diri quş satışını qadağan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sağlamlıq
2 Noyabr , 2018 17:38
Qida Təhlükəsizliyi Agentliyi diri quş satışının qadağan edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər bir sıra kütləvi informasiya vasitələrində Agentliyin ölkəyə quş əti və yumurtanın idxal olunmasını, eyni zamanda diri quş satışını qadağan etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən "Report"a bildirilib ki, yayılan bu cür məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir: "Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.

Ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunub və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub".

Son xəbərlər

Orphus sistemi