"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırdır

"Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı hazırdır "Bu gün əksər insanlar həkimlərin əvəzinə ekstrasenslərə, falabaxanlara üz tururlar"
Sağlamlıq
29 Mart , 2016 12:59
Psixoloji yardım haqqında yeni qanun layihəsinin ilkin variantı hazırdır

Bakı. 29 mart. REPORT.AZ/ "Psixoloji yardım haqqında" yeni qanun layihəsinin ilkin variantı artıq hazırdır. Layihənin yaxın günlərdə Səhiyyə komitəsinin üzvlərinə tanışlıq üçün paylanması nəzərdə tutulur". "Report"un məlumatına görə, bunu komitənin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, yeni qanun layihəsinin müzakirələrə çıxarılmasına və qəbuluna ciddi ehtiyac var: "Hazırda layihə üzərində işlər davam etdirilir".

Qanun layihəsinin hazırlanmasının və qəbulunun vacibliyindən danışan komitə üzvü İlham Məmmədov deyib ki, dünyada baş verən sarsıntılı iqtisadi, siyasi proseslər insanların psixoloji durumuna ciddi şəkildə təsir edir: "Psixoloji sarsıntı keçirən insanlar da həkimlərə-nevropotoloqlara, psixoloqlara üz tuturlar. Həkimlərin də silahı yalınız ağrıkəsici dərmanlar yazmaq ola bilər. Bu dərmanlar da çox zaman müsbət təsir göstərmək əvəzinə, həmin insanların psixoloji duruma mənfi təsir göstərir. Ona görə də belə bir qanunun qəbuluna ciddi ehtiyac duyulur".

Ə.Əmiraslanov isə əlavə edib ki, bu gün əksər insanlar həkimlərin əvəzinə ekstrasenslərə, falabaxanlara üz tururlar: "Bu da təbii ki, daha böyük fəsadların yaranması və yaşanması ilə nəticələnir".

Son xəbərlər

Orphus sistemi