Elm adamları: "Prostat və süd vəzisi xərçəngi bir-birilə əlaqəlidir"

Elm adamları: "Prostat və süd vəzisi xərçəngi bir-birilə əlaqəlidir" Bu qənaətə ABŞ-da 80 minə yaxın qadının iştirak etdiyi və 16 illlik araşdırmanın nəticəsində gəlinib
Sağlamlıq
25 Mart , 2015 11:48
Elm adamları: Prostat və süd vəzisi xərçəngi bir-birilə əlaqəlidir

Bakı. 25 mart. REPORT.AZ/ Prostat xərçənginə yoluxan ata, qardaş və ya oğula sahib qadınlarda süd vəzisi xərçəngi riskinin yüksək olduğu müəyyənləşib. "Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

ABŞ-da 80 minə yaxın qadının iştirak etdiyi və 16 illlik araşdırmanın nəticəsinə görə, atası, qardaşı, yaxud da oğlu prostat xərçənginə tutanlarda süd vəzisi xərçənginə yoluxmaq riskinin 14 faiz artıq olduğu müəyyən edilib.

Araşdırma zamanı həmçinin atası, qardaşı, ya da oğlu prostat, anası və ya bacısı süd vəzisi xərçənginə yoluxan qadınlarda isə riskin 80 faizə qədər olduğu üzə çıxıb.

Prostat və süd vəzisi xərçənglərinin eyni "xətalı gendən" qaynaqlandığını deyən elm adamları həkimlərin öz xətlərinin ailələrini ətraflı araşdırmalarını tövsiyyə ediblər.

Qeyd edək ki, araşdırmanın nəticələri "Cancer" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi