Portuqaliyanın San-Bernardu-de-Setubal şəhərində 7 oktyabr tarixində xəstəxanaların birində nadir anadangəlmə qüsuru olan uşaq doğulub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Correio da Manha” nəşri yazıb.
Uşağın gözü, burnu və kəllə sümüyü yoxdur. Həkimlər körpənin cəmi bir neçə saat yaşayacağını bildirsələr də, valideynlər Marlen və Davidin həssas münasibəti sayəsində uşaq, nəinki sağ qalıb, hətta iki həftə sonra müstəqil yeməyi öyrənib.
Uşağın valideynləri baş verən hadisəyə görə, hamiləliyi izləyən həkim Arthur Karvalhu günahlandırırlar. Onların sözlərinə görə, həkim ultrasəs müayinələrində hər hansı bir patoloji vəziyyətin olması barədə onlara məlumat verməyib. Dəfələrlə cütlüyə uşağın vəziyyətinin yaxşı olduğuna inandırıb.
Tibb işçisi ilə bağlı araşdırma aparılır.
Bildirilib ki, bir müddət öncə barmaqları bir-birinə yapışmış və çənəsi olmayan övladı doğulan başqa bir qadın da Karvalodan rəsmi şikayət edib.