​Pakistanda Talassemiya Mərkəzində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından iftar verilib

​Pakistanda Talassemiya Mərkəzində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından iftar verilib 500 ədəd donor qan paketi talassemiyalı xəstələr üçün Mərkəzə verilib
Sağlamlıq
10 İyul , 2015 12:25
​Pakistanda Talassemiya Mərkəzində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından iftar verilib

Bakı. 10 iyul. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabaddakı Talassemiya Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından iftar süfrəsi təşkil olunub.

"Report" "The Nation" nəşrinə istinadən xəbər verir ki, iftar süfrəsində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və Pakistanın rəsmi şəxsləri iştirak edib.

Səfir D.Şikarov Heydər Əliyev fondunun Azərbaycanda və o cümlədən Pakistan da daxil olmaqla, xaricdə  həyata keçirdiyi xeyriyyə fəaliyyətindən danışıb və ölkələrimiz arasında ortaq mədəni və dini əlaqələrin olduğunu qeyd edib.

D.Şikarov, həmçinin bildirib ki, Talassemiya Mərkəzinə talassemiyalı xəstələr üçün 500 ədəd donor qan paketi də verilib.

Son xəbərlər

Orphus sistemi