Yuxarı
    Bağlamaq

    Azərbaycanın baş epidemioloqu: “Özü-özünü müalicə edənlərin xəstəliyi sonradan xroniki hala keçir”

    Azərbaycanda epidemioloji baxımdan vəziyyət stabildir

    Bakı. 19 aprel. REPORT.AZ/ “Hazırda Azərbaycanda həm qripə yoluxma halları, həm də epidemioloji baxımdan vəziyyət stabildir”.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev deyib.

    O bildirib ki, yoluxucu xəstəlikləri yer üzündən silmək mümkün deyil: “Onları qismən ləğv etmək olar. Qrip ən çox mövsümi xarakter daşıyan xəstəlikdir. İlin fəslindən asılı olmayaraq, bütün fəsillərdə qriplə xəstələnmək mümkündür. Havalar istiləşəndə isə qriplə xəstələnənlərin sayı azalır”.

    “İnsanlar sağlamlıqlarının qeydinə qalmadığı üçün xəstəliklərə yoluxma riski də artır” - deyən baş epidemioloq qeyd edib ki, hər kəs özünü soyuqdan qorumalıdır: “Soyuqdan istiyə keçəndə, ya da əksi olduqda ara məsafələrdə geyimimizə fikir verməliyik. Bundan başqa, havalar istiləşən zamanı bağırsaq infeksiyalarının olması da artır. Bəzən bazardan alınan hansısa meyvəni yumadan yeyirik. Bununla da bir neçə xəstəliyə yoluxmaq üçün zəmin yaradırıq”.

    Baş epidemioloq bildirib ki, insanlar özü-özlərini müalicə etməkdən qaçmalıdır “Çünki özü-özünü müalicə edənlərin xəstəliyi sonradan xroniki hala keçir. Belə olan halda həkimə müraciət edəndə xroniki xəstəliyi sağaltmaq çətin olur. Məsələn, qriplə xəstələnənlər vaxtında müalicə olunmasa sonradan pnevmaniyaya keçir. Yaxud bronxitin vaxtında üstünə düşülmədikdə xroniki hala keçir. Yaxşı olardı ki, insanlar gigiyenik qaydalara ciddi riayət etsinlər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi