Hadi Rəcəbli: "Özəl tibb müəssisələrinin lisenziyasının ləğv olunması bürokratik əngəllərlə doludur"

Hadi Rəcəbli: "Özəl tibb müəssisələrinin lisenziyasının ləğv olunması bürokratik əngəllərlə doludur" Azərbaycanda özəl sığorta və pensiya qurumlarının yaradılması da nəzərdə tutulur
Sağlamlıq
7 Mart , 2015 12:11
Hadi Rəcəbli: Özəl tibb müəssisələrinin lisenziyasının ləğv olunması bürokratik əngəllərlə doludur

Bakı. 7 mart. REPORT.AZ/ "Xalqa pis xidmət edən, səhiyyə xidmətini aşağı səviyyədə göstərən və öz ixtisasına uyğun gəlməyən işlərlə məşğul olan özəl tibb müəssisələrinin qapanma məsələsinə daha rahat baxılması nəzərdə tutulur". "Report" xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, qüvvədə olan qanunvericilikdə belə tibb müəssisələrinin lisenziyasının ləğv olunması bürokratik əngəllərlə doludur: "Ona görə də bu məsələdə bir az sadələşmə nəzərdə tutulur. Son zamanlar həkimlərin ixtisaslaşması ilə bağlı qanunvericilikdə müxtəlif dəyişikliklər olub. Dəyişikliklərdə müəssisədə bir ixtisasın həkimi yoxdursa, başqa bir həkimin o sahəyə müdaxilə etməməsi məsələsi qoyulub. Eyni zamanda, bu gün lisenziya alan, amma o lisenziyada nəzərdə tutulmayan fəaliyyət növü ilə məşğul olan tibb müəssisələrinin də məsuliyyətə cəlb olunması məsələsi də ortaya qoyulub. Hətta belə bir təklif var ki, həmin müəssisələrə verilən lisenziyanın ləğv olunması qismən sadələşdirilsin və bürokratik əngəllər aradan götürülsün".

Komitə sədri əlavə edib ki, Azərbaycanda özəl sığorta və pensiya qurumlarının yaradılması da nəzərdə tutulur: "Parlamentdə "Sosial xidmət haqqında" qanun qəbul edilib ki, burada da özəl sosial xidmət sahələrinin yaradılması nəzərdə tutulurdu. Yəni qanunla özəl (pullu) qocalar evi, sosial-psixoloji reabilitasiya mərkəzlərinin yaradılması planlaşdırılır. Gələcəkdə isə özəl pensiya fondları yaradıla bilər".

Son xəbərlər

Orphus sistemi