Yuxarı
    Bağlamaq

    Özəl klinikalarda qiymətlərin qaldırılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət bildirilib

    Onlar ixracdan asılı iş görmürlər

    Bakı. 22 dekabr. REPORT.AZ/ “Dolların məzənnəsinin dəyişməsi heç bir dövlət xəstəxanasına təsir göstərə bilməz. Çünki həmin xəstəxanalar öz tələbatlarını gündəlik deyil, ilin əvvəlində və ortasında təmin etmiş olurlar. Eyni zamanda, həmin müddətdə onlar öz dərman ehtiyatını da görmüş olurlar. Ona görə də dövlət xəstəxanalarında heç bir problem yoxdur”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. 

    Nazir müavini onu da əlavə edib ki, xidmətlərlə bağlı da narahatlıq yoxdur: “Çünki dövlət xəstəxanalarında bütün xidmətlər onsuz da pulsuzdur. Özəl tibb müəssisələri isə qanunlarla fəaliyyət göstərirlər. Yəni onlar idxaldan asılı iş görmürlər. Ona görə də yalnız gətirdiyi ləvazimatların qiymətində yəqin ki, dəyişiklik olanda gələcəkdə öz xidmət haqlarına yenidən baxa bilərlər”.

    O, həmçinin qeyd edib ki, dolların məzənnəsinin artması ilə əlaqədar hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər: “Lakin hazırda Sahiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və bəzi preparatların satışı dayandırılmasın”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi