Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsində ötən il müalicə olunan xəstələrin sayı açıqlanıb

Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsində ötən il müalicə olunan xəstələrin sayı açıqlanıb Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub
Sağlamlıq
23 Fevral , 2017 16:13
Klinik Tibbi Mərkəzin Toksikologiya Şöbəsində ötən il müalicə olunan xəstələrin sayı açıqlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə ötən il ərzində daxil olan müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, şöbəyə ambulator qaydada 3000-dən çox xəstə müraciət edib.

Nazirlikdən bildirilib ki, həmin şəxslərin hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirləri tətbiq edilib.

Bundan başqa, keçən il şöbəyə 2200 stasuionar xəstə qəbul olunub ki, onlardan 800 nəfər - dərman, 500 nəfər - dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar.

Hesabat dövründə 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib. Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub.

Son xəbərlər

Orphus sistemi