Ötən il Azərbaycanda sui-qəsd xarakterli zəhərlənməyə məruz qalan şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycanda sui-qəsd xarakterli zəhərlənməyə məruz qalan şəxslərin sayı açıqlanıb "2015-ci ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 462 xəstə hospitalizasiya olunub ki, bu da 2014-cü illə müqayisədə 27 nəfər çoxdur"
Sağlamlıq
8 İyun , 2016 11:37
Ötən il Azərbaycanda sui-qəsd xarakterli zəhərlənməyə məruz qalan şəxslərin sayı açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ "2015-ci ildə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 462 xəstə hospitalizasiya olunub ki, bu da 2014-cü illə müqayisədə 27 nəfər çoxdur".

"Report"un məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri 1 432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1 030 nəfər təşkil edib: "Daxil olan xəstələrin 823 nəfərinə (33,4%) dərman zəhərlənməsi diqanozu qoyulub. Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr diaqnozu ilə daxil olanların sayı 502 (20,4%), yandırıcı məhlullardan zəhərlənmə diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər (14,2%) təşkil edib".

Şöbə müdiri bildirib ki, klinikaya daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). Onun sözlərinə görə,15 yaşa qədər olan uşaqların sayı 419 nəfər (17%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi