Yuxarı

Ötən il Azərbaycanda narkoloji və psixoloji pozğunluq diaqnozu qoyulan şəxslərin sayı açıqlanıb

Qeydə alınanlar əhalinin hər 100 000 nəfərinə 54 nəfər təşkil edib

Bakı. 29 avqust. REPORT.AZ/ Ötən il Azərbaycanın ambulator-psixiatrik müəssisələrində ilk dəfə diaqnoz qoyularaq qeydə alınan narkoloji və psixoloji pozğunluqlara məruz qalan xəstələrin sayı 5,1 min nəfər və ya əhalinin hər 100 000 nəfərinə 54 nəfər təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, həyatında ilk dəfə diaqnoz qoyularaq dispanser müşahidəsinə götürülənlər arasında alkoqolizm və alkoqol psixozu problemi ilə qeydə alınanların 1,6 faizini qadınlar, 98,4 faizini kişilər təşkil edib. Narkomaniya və toksikomaniya xəstəliyi ilə qeydə alınanların 2,4 faizi qadınlar, 97,6 faizi kişilər olub.

Psixi pozğunluqdan əziyyət çəkənlərin 30,9 faizini qadın, 69,1 faizini kişilər təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi