Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub

Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub Nüvə Təbabəti Mərkəzində prostat xərçəngi, neyroendokrin, kardioloji problemi olan xəstələrin müalicəsi yaxşılaşdırılıb
Sağlamlıq
18 Fevral , 2017 14:58
Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub

Bakı. 18 fevral. REPORT.AZ/ “Ötən il Azərbaycanda 500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub”.

“Report” xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Mərkəzinin direktoru Fuad Novruzov deyib.

Onun sözlərinə görə, ötən ildən fəaliyyətə başlayan Nüvə Təbabəti Mərkəzində prostat xərçəngi, neyroendokrin, kardioloji problemi olan xəstələrin müalicəsi yaxşılaşdırılıb və uyğun müalicə tədbirləri görülüb.

F.Novruzov bildirib ki, çox nadir rast gəlinən neyroendokrin törəmələr qeyri-spesifik və qarışıq simptomatikaya malik olduğundan onun diaqnostikası və müalicəsi yanlış nəticələrə səbəb olur: “Nadir rast gəlinən xəstəliklərin erkən diaqnozunun qoyulması və müalicə tədbirlərinin görülməsi üçün birgə qərarların verilməsi, əhalinin maarifləndirilməsi işləri görülür”

Son xəbərlər

Orphus sistemi