Ötən il 30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub

Ötən il 30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub Qeydiyyatda olan xəstələrin sayı 1541 nəfərə çatıb
Sağlamlıq
8 Fevral , 2017 15:52
Ötən il 30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub

Bakı. 8 fevral. REPORT.AZ/ Keçən il Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan xəstələrin sayı 1541 nəfərə çatıb. 

Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, onlardan 745-i Bakı, 76-ı Sumqayıt, 720-i isə rayonların payına düşür.

Bütün hemofiliyalı xəstələrin ilkin diaqnostikası və təkrar müayinələri mərkəzin laboratoriyasında aparılır. Ötən il 89 xəstə ilkin müayinə olunub, 69 xəstədə hemofiliya təsdiq olunaraq dispanser qeydiyyata götürülüb. Müxtəlif qanaxmalarla 2847 xəstə ev şəraitində ambulator, 307 ağır xəstə isə stasionar müalicə alıb.

Bundan başqa, 15-49 yaş arasında olan 950 xəstədən 130-na ağır xəstə kimi ikincili profilaktika aparılıb. Bu o deməkdir ki, xəstələrin oynaqlarında qanaxma və onun fəsadları aradan götürülənə qədər həftədə 2 dəfə faktor konsentratı köçürülür. Bir nəfər fəsadlaşmış ingibitor formalı xəstə Avropada tətbiq edilən İTİ proqramı üzrə müalicəyə götürülüb. 5 inhibitor formalı göstərişə uyğun yüksək dozada standart profilaktika müalicəsi alır.

30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub: sağ topuğun sınığı, hər iki gözün lazer əməliyyatı, doğuş və keysəriyyə əməliyyatı, sol dirsəyin punksiyası, sağ budun bıçaqlanması, bağırsaq keçməməzliyi, bağırsaq törəməsi, çəpgözlük, hər iki qolun damarların anevrizması, hemorroektomiya, sidik kanalı, sağ dizin menisk yırtığı, sünnət, yırtığ, sol dizin sinovektomiyası, sağ pəncədə psevdotumor, sağ əlin cərrahi əməliyyatı, sinovektomiya, sol budun sınığından mil çıxarmaq əməliyyatı, 1 ağır inhibitorlu xəstədə pəncə sümüyünün transplantasiyası icra olunub.

Son xəbərlər

Orphus sistemi