Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib

Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib Ötən gün (23 iyul) Olimpiya Gənclər Festivalı 2019 məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.
Sağlamlıq
24 İyul , 2019 08:44
Ötən gün yeddi EYOF idmançısına tibbi yardım göstərilib

Ötən gün (23 iyul) "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 7 müraciət olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin verdiyi məlumatda bildirilir.

"Müraciətlərdən 6-sı xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər. 15 yaşlı macarıstanlı idmançı sağ qaşüstü nahiyəsinin kəsiyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yardım edildikdən sonra xəstəxanadan buraxılıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi