Ötən il Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb İmran Abdullayev: “Ötən il ölkədə 625 qida zəhərlənməsi faktı qeydə alınıb”
Sağlamlıq
11 Yanvar , 2017 11:06
Ötən il Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda qeydə alınan qida zəhərlənmələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev “Report”a açıqlamasında deyib ki, 2016-cı ildə ölkədə 625 qida zəhərlənməsi faktı qeydə alınıb. 

O bildirib ki, qida zəhərlənməsi nəticəsində 924 nəfər zərər çəkib.

Şöbə müdirinin sözlərinə görə, 2016-cı ildə ölkə ərazisində 36 botulizm hadisəsi olub: “Botulizm hadisəsi nəticəsində 55 nəfər zərərçəkən olub, iki nəfər isə həyatını itirib”.

İ.Abdullayev qeyd edib ki, dekabr ayı ərzində ölkədə 24 qida zəhərlənməsi hadisəsi baş verib: “Qida zəhərlənməsi nəticəsində 37 nəfər zərər çəkib. Ötən ay, həmçinin 3 botulizm faktı qeydə alınıb və bu infeksiyadan 9 nəfər zərər çəkib. Zəhərlənmənin və infeksiyaların əsas səbəblərindən biri qış ayları əhalinin ev şəraitində hazırlanan şorabalardan, xüsusilə də pomidor turşusundan istifadə etmələridir”.

Son xəbərlər

Orphus sistemi