Yuxarı

Ötən ay ATU-nun Tədris Terapevtik Klinikasına müraciət edənlərin sayında artım qeydə alınıb

Bundan başqa, klinikada fevral ayında uşaq reanimasiyası bölməsi yenidən qurulub

Bakı. 10 mart. REPORT.AZ/ "Ötən illə müqayisədə fevral ayı ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına müraciət edənlərin sayında nəzərə çarpacaq dərəcədə (13%) artım qeydə alınıb". "Report" xəbər verir ki, bunu klinikanın baş həkimi Ramin Bayramlı ATU-nun Tədris Terapevtik Klinikasının Tibbi Şurasının yığıncağında çıxış edərkən deyib.

Onun sözlərinə görə, klinika üzrə stasionar müalicə almaq üçün 574 xəstə daxil olub, 559 xəstə isə çıxıb: "Martın 5-nə olan məlumata görə, klinika üzrə stasionar və gündüz həftəlik daxil olma və çıxma ümumilikdə 201 nəfər təşkil edib".

O, həmçinin keçən ay klinikada bir sıra yeniliklərin olduğunu da diqqətə çatdırıb: "Əvvəllər çox darısqal olan qəbul şöbəsi (təcili yardım) tamamilə yenilənərək daha müasir bir vəziyyətə gətirilib. İndi burada eyni vaxtda üç xəstəni rahat şəraitdə qəbul etmək mümkündür. Bundan başqa, klinikada fevral ayında ayrıca uşaq reanimasiyası bölməsi də yenidən qurulub, fəaliyyəti gücləndirilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi