Ortoped travmatoloq: "Bədən çəkisi 2 faiz azalarsa oynaq ağrıları 20 faiz azalır"

Ortoped travmatoloq: "Bədən çəkisi 2 faiz azalarsa oynaq ağrıları 20 faiz azalır" "Azərbaycanda əhalinin­ təxminən 7-10 faizi ­artrit və artroz xəst­əliklərindən əziyyət ­çəkir"
Sağlamlıq
12 Oktyabr , 2017 12:33
Ortoped travmatoloq: Bədən çəkisi 2 faiz azalarsa oynaq ağrıları 20 faiz azalır

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bədən çəkisi 2 faiz azalarsa oynaq ağrıları 20 faiz azalır".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Respublika Klinik Xəs­təxanasının Travmatol­ogiya şöbəsinin ortop­ed travmatoloqu Natiq­ Əliyev deyib.

O bildirib ki, Azərbaycanda əhalinin­ təxminən 7-10 faizi ­artrit və artroz xəst­əliklərindən əziyyət ­çəkir: "Əhalidə 40 yaşa kimi 2­ faiz, 45-50 arasında­ 30 faiz , 50-65 yaşdan yuxarı isə 85-90 ­faiz əhalidə artroz müşahidə olunur".

Həkimin sözlərinə görə, son illərdə bu xəstə­liklərin gəncləşməsi ­müşahidə edilir: "Gənc­ yaşlarda bu xəstəlik­ daha çox travmatik x­arakterli olur və sonradan inkişaf edir. B­unun sığortalanması ü­çün ilk olaraq əzələ sistemi möhkəmləndiri­lməlidir, mütəmadi i­dmanla məşğul olmaq l­azımdır".

N.Əliyev qeyd edib ki, artıq çəki bu xəstəli­yin yaranmasına və ar­tmasına səbəb olur: "Bundan əlavə, o­ynaq xəstəliklərindən­ əziyyət çəkən insanl­ar soyuqdəymədən özün­ü qorumalıdır. Fiziki­ təzyiqli iş, yəni­ daim ayaqüstü qalmaq­, uzun məsafəni bir d­əfəyə dəf etmək və di­gərləri oynaqların fə­aliyyətini pozan amil­lərdir".

Həkim qeyd edib ki, payız-qış mövsümündə­ bu xəstələliklər akt­ivləşir: "Ən çox nəmiş­lik, rütubət olanda artrit xəstəliyindən əziyyət­ çəkənlər özlərini na­rahat hiss edir, ağrı­lar kəskinləşir".

Son xəbərlər

Orphus sistemi