Oqtay Şirəliyev sabah Cəlilabadda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev sabah Cəlilabadda vətəndaşları qəbul edəcək Qəbul rayon Mərkəzi Xəstəxanasında baş tutacaq
Sağlamlıq
19 Fevral , 2015 12:10
Oqtay Şirəliyev sabah Cəlilabadda vətəndaşları qəbul edəcək

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev fevralın 20-də Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbulda Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakinlərinin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi