Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib

Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib Bakı. 22 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib.
Sağlamlıq
22 İyun , 2018 14:45
Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib
Səhiyyə naziri Oqtay Şirəliyev / Report
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edib. Nazir bu rayonlardan olan 12 vətəndaşı qəbul edib.

Qəbulda sakinlərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi