Oqtay Şirəliyev koronavirusa dair əmr imzalayıb

Oqtay Şirəliyev koronavirusa dair əmr imzalayıb Azərbaycanda bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb
Sağlamlıq
23 İyul , 2015 14:04
Oqtay Şirəliyev koronavirusa dair əmr imzalayıb

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanda koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronavirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülən nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi üçün dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. əks olunub.

Nazirlikdən o da bildirilib ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.

Qeyd edək ki, ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.

Son xəbərlər

Orphus sistemi