Bakı. 28 dekabr. REPORT.AZ/ Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib.
Bu barədə ”Report”a Nazirlikdən məlumat verilib.
Nazir Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilin yekunlarına dair məsələlər müzakirə edilib. Toplantıda il ərzində fərqlənən səhiyyə işçiləri müxtəlif fəxri adlar və mükafatlarla təltif olunublar. Onlar arasında Nazirliyin mətbuat katibi Liya Bayramova da var. O, “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.