Oqtay Şirəliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev İsmayıllıda vətəndaşları qəbul edəcək Qəbula yazılmaq istəyən vətəndaşlar İsmayıllı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
18 İyun , 2015 11:57
Oqtay Şirəliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

Bakı. 18 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev iyunun 19-da İsmayıllı Mərkəzi rayon xəstəxanasında vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən məlumata görə, nazir İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Ağdaş rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda nazir sakinlərin müraciətlərini, şikayət, təklif və fikirlərini dinləyəcək və lazımi tədbirlərin görülməsini təmin edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar İsmayıllı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi