Oqtay Şirəliyev: "Həkimlik çox çətin peşədir"

Oqtay Şirəliyev: "Həkimlik çox çətin peşədir" Səhiyyə naziri ilk rezident məzunlara diplomları şəxsən təqdim edib
Sağlamlıq
23 Yanvar , 2015 15:06
Oqtay Şirəliyev: Həkimlik çox çətin peşədir

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olan 94 rezidentdən bir necəsini qəbul edib. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Nazir onlara ilk rezident diplomlarını şəxsən təqdim edib. 

Nazir qeyd edib ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul həyata keçirilir: "Rezidenturanın tətbiqi çətin olsa da, sevindiricidir ki, bütün bunlar artıq arxada qalıb. Bu təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır".

Sonda Oqtay Şirəliyev ilk rezident həkimlərin peşəkar mütəxəssislər olacağına əminliyini bildirərək onlara uğurlar arzulayıb.

Daha sonra diplomlar nazir tərəfindən məzunlara təqdim olunub.

Son xəbərlər

Orphus sistemi