Oqtay Şirəliyev əmr imzalayıb

Oqtay Şirəliyev əmr imzalayıb Bakı. 8 fevral. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev bu il Bakıda keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında tibbi xidmətlərin təşkilinə dair əmr imzalayıb.
Sağlamlıq
8 Fevral , 2018 14:56
Oqtay Şirəliyev əmr imzalayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev bu il Bakıda keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatında tibbi xidmətlərin təşkilinə dair əmr imzalayıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda, çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırıqlar verilir.

Son xəbərlər

Orphus sistemi